21 İyun 2014 12:48
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Misirin paytaxtı Qahirənin Matariye və Giza şəhərinin Bulak Dakrur səmtlərində prezidentlik kreslosuna yenicə əyləşən Əbdülfəttah əs-Sisiyə etiraz etmək üçün təşkil edilən nümayiş və etirazlar əsnasında 4 nəfər həyatını itirib, 7 şəxs isə yaralanıb.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, Giza və Qahirədə təşkil edilən etiraz aksiyalarının gedişinə polis silahlı müdaxilə edib. Nəticədə Qahirədə 3 adam, Gizanın Bulak Dakrur səmtində 1 nəfər ölüb, 7-si isə yaralanıb.

Yaralananlar əl-Matariye Dövlət Xəstəxanasına aparılıb. Qahirədəki nümayişdə, Yusuf Əhməd Sabir və İbrahim Həsən Avvad adlı iki şəxs həbs edilib.

Nail Cəlil


Müəllif: