21 İyun 2014 21:59

İraq Türkiyədən yanacaq idxal etmək istədiyini bildirib.

Trend "Anadolu" agentliyinə istinadən bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız şənbə günü bildirib.

"Terrorçularla silahlı toqquşma ilə əlaqədar İraqın Baycıdakı ən iri Neft Emalı Zavodunun işinin dayandırılılması ölkədə yanacaq çatışmazlığına səbəb olub", - nazir bildirib.

Onun sözlərinə görə, bu məsələdə əsas problem yanacağın İraqa nəqlidir.

"Biz hər hansı bir qərarın qəbul edilməsindən öncə Türkiyənin gömrük və ticarət nazirliyi ilə məsləhətləşməliyik", - Yıldız bildirib.


Müəllif: