21 İyun 2014 23:51
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma papası Fransisk İtaliyanın cənub bölgələrinə səfəri çərçivəsində İtaliya mafiyasını kəskin tənqid edib.

ANS PRESS-in məlumatına görə, açıq havada çıxış edən pontifik Kalabriya mafioz klanı “Ndranqeta”nın üzvlərinə üz tutub. Pontifik bildirib ki, onlar "şərə itaət edirlər" və buna görə də özlərini kilsədən uzaqlaşdırılmış saymalıdırlar.

Roma papası dindarlara xatırladıb ki, şərə qarşı var-qüvvə ilə mübarizə aparmaq lazımdır.

“Ndranqeta”, həmçinin Neapolun “Kamorra” və Siciliyanın “Koza Nostra” klanları İtaliya mütəşəkkil cinayətkarlığının əsasını təşkil edir.


Müəllif: