22 İyun 2014 00:20
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Axınçı” türkmənlər yurdlarını kürd peşmərgələri ilə birlikdə qoruyur

Özlərini "axınçı" olaraq tanıdan türkmənlər 5 minlik könüllü hərbi birləşmə yaradaraq, İraq Şam İslam Dövləti qruplaşmasına qarşı ciddi müqavimət göstərmək əzmindədirlər. Onların İŞİD-in hücumunun qarşısını almağa müvəffəq olması, yerli özünümüdafiə qüvvələrinə qoşulan türkmən könüllülərinin sayını dəfərlərlə artırıb. İŞİD-lə toqquşmada müəyyən uğurlar əldə edən “axınçı”lar bu gün terrorçuların Kərkükə doğru irəliləməsini dayandıra biliblər.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, onlar İŞİD-in hədəfində olan Tuzhurmatunu kürd peşmərgələri ilə birlikdə qoruyurlar. Türkmənlər Kərkükün 15 kilometr cənubunda olan bölgəni - Bəşir kəndini ələ keçirən İŞİD terrorçularının mümkün hücumunu sayıqlıqla gözləyir.

Hazırda əhalisi 15 min olan bölgədə axınçılardan başqa kimsə qalmayıb. Sayları 5 mini ötən türkmən könüllüləri düşməni layiqincə qarşılamaq, fürsət verməmək uçun 24 saat ərzində mövqelərində növbəli şəkildə keşik çəkirlər.

Nail Cəlil


Müəllif: