22 İyun 2014 10:48
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup təqaüdçü bu gün Tehranda İran parlamentinin qarşısında aksiya keçirib.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Məlumata əsasən, vaxtı ilə İranın Poladəritmə sənayesində çalışan və hazırda təqaüdçü olan bu şəxslər neçə aylardır ki, aylıq təqaüdlərini ala bilmirlər. Onlar aylıq təqaüdlərini ala bilmədiklərini İran Parlament nümayəndələrindən istəyiblər ki, probleminin həllində onlara yardımçı olsunlar.

Məlumatda aksiya iştirakçıların sayı haqda məlumat verilməyib.


Müəllif: