22 İyun 2014 14:59
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqı ələ keçirən İŞİD döyüşçüləri Türkiyə ilə sərhəddə yerləşən hava limanına basqın ediblər.

İŞİD Suriyanın Kamışlı adlanan bölgəsində yerləşən və Bəşər Əsəd hökumətinə məxsus hava limanına raketlər zərbələri endiriblər. Türkiyə tərəfi isə həmin ərazinin yaxınlığında olan hərbi güclərinin sayını artırıb. Hadisə zamanı ölən və yaralananların olması barəsində məlumat verilmir.

Qeyd edək ki, Suriyanın Kamışlı adlanan bölgəsi Türkiyənin Mardin vilayəti ilə həmsərhəddir.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib./anspress/


Müəllif: