22 İyun 2014 23:39
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin təbii fəlakətlə üz-üzə qalıb.

Çinin cənub və cənub-qərb əyalətlərində iyunun 18-dən başlayan şiddətli yağışlar nəticəsində 26 nəfər ölüb, 3 nəfərsə itkin düşüb.

Ölkənin Mülki Məsələlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Fucian, Ciansi, Xubey, Xunan, Sıçuan, Yunnan, Quygou əyalətləri və Quansi Guan Muxtar Rayonu üzrə 4,9 milyon nəfər şiddətli yağışlardan zərər görüb, 337 min nəfər evakuasiya edilib.

.
Leysan yağışları ümumilikdə 8700 yaşayış binasını, 66 min fərdi evi yararsız hala salıb.
42 min hektardan çox sahədə kənd təsərrüfatı məhsulu zay olub. Çinin ümumi maddi ziyanı 650 milyon ABŞ dollarını ötüb.

Güclü yağışlar nəticəsində torpaq sürüşmələri və daşqınlar da qeydə alınıb./anspress/


Müəllif: