23 İyun 2014 10:23
1 692
12 Punto 14 Punto 16 Punto 18 Punto

2006-cı ildə İraq prezidenti Səddam Hüseynin məhkəmə prosesində baş hakim olan və diktatorun edam olunmasını nəzərdə tutan hökmü imzalayan Rauf Əbdül Rəhman edam olundu.


"İraq və Şam İslam Dövləti" ("Əd Daulat əl İslamiya fil İrak və əş Şam") terror qruplaşması əsir aldığı Rauf Əbdül Rəhmanı güllələdiyini bildirib.

69 yaşlı R.Ə.Rəhman İraqın şimalındakı Kürdüstan Muxtariyyətində 1996-cı ildən bəri Ali Apellyasiya Məhkəməsinin sədri idi.

İraqın hakimiyyət dairələri sabiq hakimin edamını təsdiqləməsə də, təkzib də etməyib.


Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, iyunun 16-da Tikrit şəhərində oğurlanmış R.Ə.Rəhmanın edam olunduğu barədə xəbəri ilk yayan İordaniya parlamentinin üzvü Xəlil Əttiya olub.


"Səddam Hüseynin mühakimə olunduğu İraq Ali Cinayət Tribunalının baş hakimi layiqli cəzasını aldı. İraqlı inqilabçılar şəhid Səddam Hüseynin edamına görə cəlladı cəzalandırdılar. Bu murdar Rəhman rəqqasə paltarı geyinərək şəhərdən qaçmaq istəyirdi", - X.Əttiya yazıb.


Səddam Hüseynin sağ əli olmuş general İzzət İbrahim əl Durinin Facebook səhifəsində də Rauf Əbdül Rəhmanın edam olunduğu yazılıb.


Hələbcə şəhərində doğulan, 3 övlad atası olan R.Ə.Rəhman 2007-ci ilin mart ayında Britaniyada turist səfərində olarkən rəsmi Londona müraciət edərək siyasi sığınacaq istəmiş, İraqda həyatı üçün böyük təhlükə olduğunu bildirmişdi.


Müəllif: