23 İyun 2014 16:10
983

Bütün dünyada əks-səda doğuran qəza

Rusiyanın mədəniyyət paytaxtı sayılan Sankt-Peterburqda iki sürücünün mübahisəsi az qala onlardan birinin uşaqlarına qanlı divan tutulması ilə nəticələnəcəkdi. Teleqraf.com-un newsru.com-a istinadən verdiyi məlumata görə, hadisənin şahidi olan şəxs baş verən davanı təfərrüatları ilə kameraya çəkməyə müvəffəq olub.

Yaranan mübahisənin davaya çevrilməsi nəticəsində dalaşanlardan biri əlinə balta alıb və opponentinin iki qız uşağının əyləşdiyi xarici markalı avtomobili doğramağa çalışıb. Çəkilmiş kadrlar internetə yerləşdirilib və sonradan Britaniya mediasında yayımlanıb.

Ayın 17-də Budapeştskaya və Kun Bela küçələrinin kəsişməsində baş verən hücum faktına görə Rusiyanın şimal paytaxtının polisi tərəfindən araşdırmalara başlanılıb. Münaqişə iştirakçılarından biri xəsarət alıb, onun avtomobilinə dəyən zərər isə 100 min rubl məbləğində dəyərləndirilib.

Şahid Aleksey Levuşkinanın sözlərinə görə, “Toyota Land Cruiser” markalı maşının sürücüsünün qəfildən əyləci basıb avtomobili saxlaması nəticəsində onun arxasınca hərəkət edən “Audi” mümkün qəzadan güclə qurtulub. “Audi”nin sürücüsü “Toyota”nın sükanı arxasında əyləşmiş xanıma etirazını bildirmək üçün siqnal verib. Lakin bu, həmin xanımın yanında əyləşmiş ağ köynəkli sərnişinin xoşuna gəlməyib.

Nəticədə “Audi”nin sürücüsü ilə "Toyota"nın sərnişini arasında yaranan mübahisə davaya keçib. Dava zamanı sürücü rəqibini ayaqlarından vuraraq, yerə yıxıb. Lakin o ayağa qalxdıqdan sonra “Toyota”nın yük yerini açıb və oradan baltanı götürüb. Xanım sürücü yol yoldaşının bu hərəkətinin qarşısını almağa çalışsa da, buna müvəffəq olmayıb. Belə ki, sərnişini xanımın bu cəhdinə əhəmiyyət verməyib.


Əli baltalı rəqibindən gizlənməyə çalışan “Audi”nin sahibi avtomobilinə əyləşərək, salonu bağlayıb. Bu zaman cinayətkar xarici avtomobilin ön hissəsinə iki balta zərbəsi endirib, sonra isə öndəki şüşəni sındırıb. Baş verən xoşagəlməz hadisə zamanı salonda beş və səkkiz yaşlarında iki qız uşağı olub. Onlar bərkdən qışqırıb və olanlardan çox qorxmublar. Aleksey Levuşkinin sözlərinə görə, “Audi”yə balta ilə hücum etmiş şəxs qızlardan birini az qala öldürəcəkdi. "Yaxşı ki, şüşə dözdü” - deyə, şahid əlavə edib.

Nail Cəlil


Müəllif: