23 İyun 2014 12:30
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik bu məhdudiyyət taciklərə tətbiq ediləcək

Rusiya baş naziri Dmitriy Medvedev Tacikistan Respublikasının pasportu ilə ölkəyə girişi qadağan edən qətnamə imzalayıb.

Yeni sənədə əsasən, Tacikistan vətəndaşları artıq əvvəlki kimi Rusiya ərazisinə ölkədaxili pasportla girə bilməzlər.

“Bundan sonra Tacikistan Respublikasının vətəndaşları Rusiya ərazisinə daxil olmaq üçün mütləq xarici, xidməti, diplomatik və ya dənizçi pasportu təqdim etməlidirlər”, - deyə sənəddə deyilir.

Hələlik qadağan yalnız Tacikistan vətəndaşlarına şamil edilsə də, yaxın aylarda eyni qaydanın Gömrük İttifaqına daxil olmaq istəməyən digər ölkələrin vətəndaşlarına qarşı da tətbiq ediləcəyi gözlənilir.
Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin layihəni dəstəkləyib.

Verilən məlumata görə, xarici vətəndaşlar daxili pasportlarla ölkəyə gəldikdə miqrasiya nəzarətini təmin etmək çətinləşir.

Buna baxmayaraq, yeni qanun Gömrük İttifaqı və vahid iqtisadi məkana daxil olan Belarus və Qazaxıstan vətəndaşları üçün nəzərdə tutulmur.

Ülviyyə


Müəllif: