23 İyun 2014 12:48
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirləri Poroşenkonun sülh planını müzakirə edəcək

Ukrayna prezident Petro Poroşenkonun ölkənin şərqində sülhyaratma planını Avropa Birliyinə təqdim etməyə hazırlaşır.

Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, xarici işlər naziri Pavel Klimkin bu məqsədlə - dövlət başçısının 22-23 iyun tarixində verdiyi tapşırıqları gerçəkləşdirmək niyyəti ilə Lüksemburqa işgüzar səfər edəcək.

Pavel Klimkin burada Avropa Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Ukrayna müstəsna olaraq, Avropa Birliyinə üzv ölkələrin təmsilçilərinin iştirak etdiyi bu formata ilk dəfə dəvət alıb. Buna səbəb fövqəladə toplantının bilavasitə Ukraynada yaranmış vəziyyətə həsr olunmasıdır.

Ukraynanın xarici işlər naziri səfər əsnasında Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eştonla, eləcə də Birliyin genişlənməsi və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşəcək. İclasın yekununda Ukrayna məsələsi ilə bağlı müvafiq qərarların qəbul ediləcəyi gözlənilir.

Nail Cəlil


Müəllif: