23 İyun 2014 12:59
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri başlayıb.

Teleqraf.com-un xəbərinə görə, S.Lavrov ilk olaraq səhər saatlarında qondarma erməni soyqırımı “qurbanları”nın xatirəsinə ucaldılmış memorial kompleksi – “Sisernakaberd”i ziyarət edib. Rusiyalı nazir memorial kompleksin və əbədi məşəl abidəsinin önünə əklil qoyub və “qurban”ların xatirəsini bir dəqiqəlik sükutla yad edib. S.Lavrovu anım tədbirində erməni həmkarı Edvard Nalbandyan müşayiət edib.

Daha sonra S.Lavrov E.Nalbandyanla birgə bu ölkənin Xarici İşlər Nazirliyinə yollanıb.

Səxavət


Müəllif: