23 İyun 2014 13:02

Rusiya Bankı daha iki bankın lisenziyasını ləğv edib. Əmanətlərin sığortalanması sisteminin üzvü olan “Zamoskvoretskiy” bankı bu gündən etibarən bank əməliyyatları apara bilməz.

2014-cü il 1 iyun tarixinə görə, “Zamoskvoretskiy” aktivlərin sayına görə, ölkədə 438-ci yeri tuturdu.

Lisenziyasını itirən daha bir müəssisə, Vladikavkazın “Diq-Bank”ıdır.

Xatırladaq ki, iyun ayının 2-də Rusiya maliyyə tənzimləyicisi, eyni vaxtda 3 yerli bankın lisenziyasını ləğv etmişdi.

Cari ilin iyun ayından Rusiyanın Mərkəzi bankına Elvira Nabiullina rəhbərlik edir. Ölkənin bank sektorunda təmizləmə əməliyyatları məhz bu xanımın adı ilə bağlıdır.

Son illər ərzində ən ciddi maliyyə epizodu “Master-Bank”-ın lisenziyasının ləğvi olub.

Ümumilikdə, Nabiullinanın Mərkəzi Bankın rəhbəri təyin olunmasından sonra, Rusiyanın 30-a qədər bankı bağlanıb.

Ülviyyə


Müəllif:
Загрузка...