22 Aprel 2014 12:05
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki Amerikanın Kiyevdəki diplomatik missiyasının rəhbərinin ölkənin Rusiyada yeni səfir olacağı ilə bağlı gəzən şayiələrə son qoydu.

Rəsmi nümayəndənin sözlərinə görə, Con Tefftın yeni təyinatı ilə bağlı hələ də heç bir qərar qəbul edilməyib. “Eyni zamanda, onu da bildirim ki, yeni səfirin təyinatı məsələsi hələ də olunmayıb. Hamımız yeni səfirin Rusiyaya təyinatı gözləsək də, bu uzun bir prosesdir.”, - deyə, Psaki bildirib.

Qeyd edək ki, Con Tefftin Kiyevdən Moskvaya göndərilərək, ABŞ-ın Rusiyada yeni səfir təyin olunacağı ilə bağlı məlumatlar ötən gündən etibarən yayılmaqdadır.

Tefft, 2009-2013-cü illərdə Ukraynada diplomatik missiyanın rəhbəri olub. Ondan öncə Gürcüstan və Litvada ABŞ-ın səfiri vəzifəsində çalışıb.

Təyinatı gözlənilən səfir, 2001-ci ildən ABŞ-ın Moskvadakı nümayəndəsi olan Maykl Makfolu əvəzləyəcək.

Xatırladaq ki, bir qədər öncə, Makfol siyasətdən yorulduğunu və ailəsinə daha çox vaxt ayırmaq istədiyini deyib.


Müəllif: