23 İyun 2014 14:37
486

9 hərbi hədəf bombardıman edildi

Teleqraf.com-un İsrail qəzeti Yediot Aharonotun internet nəşrinə istinadən verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri bu gün - erkən gecə saatlarında Suriyada hökumət qüvvələrinin mövqelərini bombalayıb. Hava hücumuna səbəb Colan Təpələrində dünən axşam saatlarında baş verən partlayış olub.

Bu hadisə nəticəsində 1 adam həyatını itirib, 3 nəfər isə yaralanıb. Yaranmış insidentə görə, rəsmi Dəməşqi cavabdeh sayan İsrail hərbi dairələri, bunun qarşılığında Suriya ordusuna aid 9 hədəfə hava hücumu təşkil ediblər.

Döyüş təyyarələrinin hücumlarında Suriya ordusunun İsrail istiqamətində atəş açılmaq üçün istifadə edilən məntəqələri hədəf alınıb.

Nail Cəlil


Müəllif: