23 İyun 2014 15:21
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın xarici işlər naziri Con Kerri bu gün İraqda yaranmış böhranlı vəziyyəti yerli hökumət dairələri ilə müzakirə etmək üçün Bağdada gəlib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın dövlət katibi İraqın paytaxtında baş nazir Nuri Maliki, parlament rəhbəri Usamə Nuceyfi, dövlət başçısının köməkçisi Huzeyr Huzai, İraq xarici işlər naziri Hoşyar Zebari ilə görüşəcək.

Kerri ilə Zebari ikili görüşmədən sonra ortaq mətbuat konfransı təşkil edəcəklər. Diplomatik qaynaqlardan alınan məlumata görə, Kerrinin Bağdad təmaslarında “İraq Şam İslam Dövləti” (IŞİD) təşkilatının Mosulu ələ keçirməsiylə ölkədə yaranan yeni vəziyyət müzakirə olunacaq. Kerri böhranın nizamlanması üçün Bağdad hökumətinə müxtəlif həll təklifləri təqdim edəcək.

Nail Cəlil


Müəllif: