1 İyul 2016 11:56
2 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rusiyanın İrkustk bölgəsində İl-76 təyyarəsi qəzaya uğrayıb.

Hadisə ilə bağlı yeni faktla məlum olub. TASS agentliyinin məlumatına görə, hadisə zamanı təyyarədə 11 yox, 10 nəfər olub. Bundan başqa, təyyarə uçuşdan əvvəl texniki baxışdan keçirilib və növbəti yoxlamaya qədər təyyarə 267 saat uçuş həyata keçirmək imkanına malik olub.

İnsidentdən dərhal sonra axtarışlar üçün Moskvadan 300 nəfərlik xüsusi qrup İrkustka yollanıb. Axtarışlara Rusiya fövqəladə hallar nazirinin müavini Leonid Belyayev rəhbərlik edir.

Saat 10:42

Rusiyanın İrkutsk bölgəsində meşə yanğınının söndürülməsi üçün istifadə olunan İl-76 təyyarəsi yoxa çıxıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 11 nəfər olub.

Məlumatlara görə, 3 min metr yüksəkliyə qalxan təyyarə ilə əlaqə kəsilib. İlkin ehtimallarda təyyarənin qəzaya uğradığı göstərilib: "Pilotlar son dəfə Moskva vaxtı ilə 05:54 əlaqəyə çıxıblar. Onlar təyyarədə hər hansı nasazlığın olması ilə bağlı heç bir məlumat verməyiblər".

Təyyarənin axtarışları davam edir.

Samir


Müəllif: