1 İyul 2016 13:59

İyunun 29-da İstanbulda Atatürk Hava Limanında baş vermiş terror hadisəsi Türkiyə mediasının diqqətindədir.

"Yeni Şafak" qəzetinin yazarı Tamer Korkmaz hadisədən öncə ABŞ-ın Türkiyədə terror ola biləcəyi ilə bağlı xəbərdarlığının şifrələrini çözməyə çalışıb. Yazar "Nədən yalnız Türkiyədə terror olmamışdan əvvəl bu xəbərdalıqlar yayılır" deyə sual verir və köşəsinə belə davam edir:

"Bu dəfə də "ABŞ xəbərdarlıq etmişdi" deyə başlığa çıxardılar! Belə yazmaqla bağlı və əlaqəli olduqları Qərb cəbhəsi hesabına "psixoloji müharibə"ni icra edirlər. Əsl hadisəni də pərdələmiş olurlar.

ABŞ nə zaman xəbərdarlıq yaysa, dərhal sonra Türkiyədə terror hücumu baş verir! Fransa və ya Belçikadan öncə belə bir "xəbərdarlıq" gəlmir, Türkiyəni ünvan seçən terror hücumundan əvvəlsə mütləq gəlir. Amerika qurumları Paris və ya Brüssel hücumlarından xəbərdar olmurlar, ancaq İstanbul və Ankarada baş verənlərdən həmişə xəbərdar olurlar...

ABŞ İstanbul Baş konsulluğunun iyunun 29-da keçirəcəyi 4 iyul Beynəlxalq Qurtuluş günü proqramını hava limanına hücumdan iki saat öncə əlverişsiz hava bəhanəsi ilə ləğv eləməsi də diqqət çəkdi. Heç demə, yayın bürkülü istisində İstanbulda "möhkəm qar yağışından dolayı" yollar qapanıbmış".

Köşə yazarı ABŞ Dövlət Departamenti sözçüsünün terror hadisəsi ilə bağlı "hər cür dəstəyə hazırıq" bəyanatını gözə kül üfürmək kimi dəyərləndirir:

"Xatırlayırsınızsa, ABŞ 2008-ci ildə PKK ilə mübarizdə Türkiyəyə kəşfiyyat məlumatlarını təcili çatdacağını elan etmişdi. Sonra?.. ABŞ PKK terror təşkilatı ilə təcili kəşfiyyat paylaşımına dürüst bir biçimdə davam etdi".

"Yeni Şafak" yazarı bu hadisələrin təsadüfi olmadığını vurğulayır və Türkiyəyə qarşı terror qrupları vasitəsi ilə savaş açıldığını yazır.

Mahir


Müəllif:
Загрузка...