23 İyun 2014 16:04
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri qəfil Bağdada səfər edib. Onun İraqın baş naziri Nuri Maliki və ölkənin digər siyasi liderləri ilə görüşəcəyi planlaşdırılır.

Verilən məlumata görə, Kerrinin səfəri ölkədə baş verən silahlı qarşıdurmalalrla bağlıdır.

Xatırladaq ki, İŞİD adı altında qruplaşan silahlılar iyunun ilk günlərindən etibarən, ölkənin bir neçə şəhərini alaraq paytaxt Bağdada tərəf irəliləməyə başlayıblar.

Artıq bir neçə şəhər, bir zavod və hərbi hava limanı silahlıların nəzarətinə keçib.

Ülviyyə


Müəllif: