1 İyul 2016 17:08
332

Avstriyada ötən ay keçirilən prezident seçkilərinin nəticələri ləğv olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avstriya Konstitusiya Məhkəməsi qərar verib.

Məlumatlara görə, məhkəmə səslərin sayılmasında saxtakarlıqlar aşkar etdiyindən seçkilərin yenidən keçirilməsinə qərar verib.

Qeyd edək ki, seçkilərin qalibi Yaşıllar Partiyasının keçmiş lideri Aleksandr Van der Bellen olub. O, ikinci yerdə qərarlaşan Azadlıq partiyasının namizədi Nobert Hoferə 1 faiz səs çoxluğu ilə qalib gəlib.

Samir


Müəllif: