1 İyul 2016 23:48
1 357

Ötən il noyabrın 24-də Türkiyənin hava məkanında vurulan Rusiyaya məxsus Su-24 təyyarəsinin ölən pilotunun ailəsinə ev təklif edən bələdiyyə sədri üzvü olduğu partiyadan kənarlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, Antaliya Kəmər bələdiyyə başqanı Mustafa Gül üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilib. Buna səbəb kimi onun xərclərdə israfçılığa yol verməsi göstərilir.

Qeyd edək ki, Mustafa Gül Rusiyanın Antaliya konsulluğuna gedərək ölən pilot Oleq Peşkovun ailəsinə ev verməyə hazır olduğunu bəyan edib.

Konsul Aleksadr Tolstopyatenko ilə görüşən bələdiyyə sədri Oleq Peşkovun ailəsinə ev vermək istədiklərini bildirib.

Ayxan


Müəllif: