2 İyul 2016 12:50
298

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İŞİD terror təşkilatına qarşı uğurlu əməliyyat həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqonun nümayəndəsi Piter Kuk məlumat verib.

Onun sözlərinə görə, Mosul yaxınlığında pilotsuz uçuş aparatları vasitəsilə edilən hücum zamanı terrorçuların 2 komandiri öldürülüb. Kuk əlavə edib ki, son hücumlar zamanı terrorçuların ağır itkilər verməsi İŞİD-in Mosuldakı mövqeyini kifayət qədər zəiflədib.

Elvin


Müəllif: