2 İyul 2016 13:35

"Terror bəlası bir gün terrorçuluğu dəstəkləyən ölkələri də vuracaq".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binali Yıldırım deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti terrorçuluğa qarşı bütün gücləri birləşdirməlidir: "Bütün dünyaya səslənirik. Bir gün göz yumduğunuz ölüm maşınları sizi də yox edəcək. Axan qanı dayandırmaq üçün biz Türkiyə olaraq üzərimizə düşəni, əlimizdən gələni edəcəyik".

Samir


Müəllif:
Загрузка...