2 İyul 2016 15:15
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti İslam Kərimov ölkənin Qaşqadərya vilayətində böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun 700 il əvvəl tikdirdiyi körpünün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Böyük İpək Yolunun keçdiyi Karşi şəhərindəki Kaşkadərya çayı üzərində tikilmiş körpünün ətrafında salınan və 24 hektar ərazini əhatə edən tarixi bağ da bərpa olunub. Çay boyu sağ və sol ərazilərdə yaşıllıqlar salınıb, istirahət üçün digər infrastruktur yaradılıb. Orta əsrlərdə bu ərazidən Hindistanı və İranı Avropa ilə birləşdirən karvan yolu keçib.

Macar alimi və səyahətçisi German Vamberi yazır ki, 1860-cı illərdə Karşi şəhərində 10 karvansara, böyük bazar və istirahət etmək üçün səfalı bağ olub.

Prezident İslam Kərimov vilayətdə tikilən digər obyektlərlə də tanış olub. (“Azərtac”)


Müəllif: