3 İyul 2016 01:12
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimalında meydana gələn sel və torpaq sürüşmələri nəticəsində 30 nəfər həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şiddətli yağışlar çaylarda suyun səviyyəsini təhlükəli həddə çatdırıb.

Məlumatlara görə, evlərini su basan 100 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Ölkənin Uttarakhand əyalətində fövqəladə vəziyyət elan olunub.

Elvin


Müəllif: