5 İyul 2016 00:31
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə İsrail arasında əldə edilən razılaşmalara uyğun olaraq Qəzza bölgəsinə yardım aparan "Lady Leyla" gəmisi ünvana çatıb.

Teleqraf.com xəbər verir ki, gəmi Türkiyənin İsraildəki diplomatik nümayəndələrinin müşaiyyətilə Qəzza bölgəsinə çatdırılıb.

Gəmidə 10 milyon dollar məbləğində 13 min 775 ton qida məhsulları, 5 min ton un, 3 min şəkər tozu, 500 ton yağ, 20 min ayaqqabı, 10 min oyuncaq və 1 500 uşaq bezi var.

Məhsullar gəmidən yük maşınlarına boşaldılaraq Türkiyə Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Qəzza bölgəsinə aparılıb.

Ayxan


Müəllif: