3 İyul 2016 16:32
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Hava Limanında baş verən terror aktından sonra təhlükəsizlik tədbiri çərçivəsində 80 nəfərlik xüsusi təyinatlılar dəstəsi hava limanını qoruyacaq. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, İstanbul hava limanında terror aktı nəticəsində 45 nəfər ölüb, 239 nəfər yaralanıb.

İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.


Müəllif: