4 İyul 2016 08:16
422

Birləşmiş Ərəb Əmirlikləri hökuməti vətəndaşlarına xaricdə milli paltarlarını geyinməməklə bağlı xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, keçən həftə ABŞ-ın Ohayo ştatında polis geyiminə görə BƏƏ-dən olan iş adamını həbs etməsi olub.

İş adamı ənənvi uzun köynək (dişdaşa) və ağ baş örtüyündə (qutra) olub.

BƏƏ mətbuatının verdiyi məlumata görə, iş adamı Avon şəhərindəki oteldə qalıb. Otel əməkdaşı ondan şübhələndiyi üçün polisə xəbər verib.

Bu üzdən Dubay rəhbərliyi vətəndaşlarına tövsiyyə edib ki, xaricdə olarkən milli paltarları geyinməsinlər.

Ayxan


Müəllif: