23 İyun 2014 17:35
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yekun assosiasiya razılaşması iyunun 27-də imzalanacaq

Avropa Birliyi Ukrayna ilə imzalanmış assosiasiya sazişinin bir sıra müddəalarının saziş Ali Radada təsdiqləndikdən sonra payızda müvəqqəti tətbiqinə icazə verib. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, müvafiq qərar Avropa Birliyi Xarici İşlər Nazirləri Şurasının bu gün Lüksemburqda keçirilən iclasında verilib.

Şura Ukrayna ilə imzalanacaq assosiasiya sazişinin 28 üzv ölkə tərəfindən ratifikasiyasının uzun çəkəcəyini nəzərə alaraq, onun müəyyən müddəalarının vaxtından əvvəl tətbiq olunması barədə qərar qəbul edib. Bundan əlavə, Şura artıq sazişin imzalanmasına texniki hazırlığı da tam yekunlaşdırıb.

Saziş iyunun 27-də Avropa Birliyi Şurasının iclası çərçivəsində Ukrayna prezidenti Petro Poroşenko ilə Avropa Birliyi Şurasının prezidenti Herman Van Rampiy, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu, eləcə də Avropa Birliyinə üzv olan bütün dövlətlər və hökumətlər tərəfindən imzalanacaq.

Nail Cəlil


Müəllif: