3 İyul 2016 23:16

İraqda törədilən irimiqyaslı terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.

Teleqraf.com Reuters agentliyinə istinadən xəbər verir ki, Əl-Karrad rayonunda terror aktı nəticəsində 167 ölüb, 170 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.


Müəllif: