4 İyul 2016 11:44

Suriya prezidenti Bəşər Əsəd yeni hökumətin tərkibini təsdiq edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İmad Məhəmməd Diyb Xamisin baş nazir olduğu hökumətin tərkibində 31 nazir var.

Bəşər Əsəd Xamisə hökumət qurmaq səlahiyyətini iyunun 22-də vermişdi.

Son iki hökumətdə elektrik naziri olan Xamis 1961-ci ildə anadan olub. 1981-ci ildə Şam Universitetinin elektrik mühəndisliyi fakültəsini bitirib. 1977-ci ildən Baas Partiyasının üzvüdür. Evlidir, iki qızı, bir oğlu var.

Mahir


Müəllif:
Загрузка...