4 İyul 2016 13:43

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer cinayət məsuliyyətinə cəlb edilə bilər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, britaniyalı deputatlar Britaniyanın İraq müharibəsində iştirakı ilə bağlı aparılan istintaq çərçivəsində keçmiş baş nazir barəsində məhkəmə araşdırılmasının aparılması təşəbbüsü ilə çıxış ediblər.

ABŞ və müttəfiqlərinin təkidi ilə ölkəni İraq müharibəsində iştiraka yönəldən Bleyer haqqında istintaq komissiyasının məruzəsi iyulun 6-da dərc ediləcək. Məlumatlarda bildirilib ki, hələ 2003-cü ildə Leyboristlər və bəzi Şotlandiya milliyətçiləri keçmiş baş naziri məsuliyyətə cəlb etməyə çalışmışdılar.

Britaniyalı deputat Aleks Salmond məsələ ilə bağlı bunları deyib: "Həmin müharibədə 179 britaniyalı əsgər həyatını itirib, 150 min insan həlak olub, dünya real terror təhlükəsi ilə üzləşdi". Onun fikrincə, Bleyer ölkəni qanunsuz şəkildə müharibəyə sürüklədiyinə görə cavab verməlidir.

Günahı təsdiqlənərsə, Bleyer ömürlük hökumət işlərindən uzaqlaşdırılacaq. Nəzəri baxımdan onu həbs cəzasının gözlədiyini də demək lar. Ancaq deputatlar hesab edirlər ki, cəhd daha çox rəmzi xarakter daşıyır və həbs cəzasına səbəb ola bilməz.

Sabiq baş nazir isə məsələni şərh etmək istəməyib.

Samir


Müəllif: