4 İyul 2016 19:15

Çex Respublikasının adı rəsmən dəyişdi. Teleqraf.com xəbər verir ki, respublikanın yeni adı ilə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlara müraciət edilib. Bundan sonra ölkənin rəsmi adı Çexiya olacaq.

Çexiya xarici işlər nazirliyinin sözçüsü Laqronova ölkəsinin yeni adınının fransız, ingilis, rus, ərəb və çin dillərindəki versiyalarını BMT və beynəlxalq təşkilatlara göndərib.

Qeyd edək ki, ölkədə bir qism siyasətçinin təklif etdiyi Çexiya adına qarşı bəziləri ölkənin adının Çexistan adlandırılmasını istəyirdi. Lakin bu ilin əvvəlində keçirilən sorğudan sonra yekun qərar qəbul olunub.


Müəllif:
Загрузка...