4 İyul 2016 15:17
273

Rusiya Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün böyük səylər göstərir.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yerevanda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, məhz bu məqsədlə Rusiya XİN rəhbəri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) çərçivəsində ikitərəfli görüşlər keçirir.

Qeyd edək ki, bu gün Yerevanda KTMT XİNŞ-in iclası keçirilir.


Müəllif: