4 İyul 2016 15:47
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brexit”in əsas tərəfdarı olan Böyük Britaniyanın Müstəqillik Partiyasının lideri Naycl Farac istefa verib.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, partiya sədrliyindən istefsa verən N. Farac Avroparlamentin deputatı kimi qalmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, məqsədinə - Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına nail olub: “Avroparlamentdə mən Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı danışıqların necə keçməsinə daim nəzarət edəcəyəm”.

Qeyd edək ki, siyasətçi 1993-cü ildə Müstəqillik Partiyasının yaradıcılarından olub.

Partiya 2015-ci il seçkilərində aşağı nəticə göstərdiyi üçün istefaya gedəcəyini desə də, sonradan fikrini dəyişmişdi. Lakin bu dəfə qərarının qəti olduğunu deyib.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə formal prosedur hələlik başlamayıb. Lissabon sazişinin 50-ci maddəsinə əsasən, London rəsmi şəkildə İttifaqdan çıxması barədə açıqlama verməlidir.

Əlavə edək ki, referendumda 52 fazi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.


Müəllif: