4 İyul 2016 17:54
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusu ölkənin şimal-şərqində yerləşən Bədəxşan vilayətinin Ragistan qəsəbəsində “Taliban”' terror təşkilatına qarşı əməliyyat keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, baş verən silahlı toqquşma zamanı 25 terrorçu öldürülüb, 12 silahlı təslim olub.

Ölən terrorçuların arasında terror təşkilatının bölgə komandanının olduğu da qeyd olunur.

Məlumatlara görə, hadisə nəticəsində 9 təhlükəsizlik əməkdaşı ölüb, 15-i xəsarət alıb.

Elvin


Müəllif: