23 İyun 2014 18:18
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Ukraynanı Donbasdakı münaqişənin həll olunması üçün Avropa Birliyi və Rusiya arasında keçiriləcək üçtərəfli danışıqlarda təmsil edəcək.

Bu barədə Ukrayna Prezident Administrasiyasından məlumat verilib.

Məlumata görə, Kuçma danışıqlara prezident Pyotr Poroşenko tərəfindən göndərilir.

Eks-prezident bu danışıqlarda Xarici İşlər naziri Pavel Klimkini əvəz edəcək.

Klimkin hazırda Ukrayna ilə Avropa Birliyi arasında imzalanacaq assosiativ müqavilənin iqtisadi tərəflərini hazırlamaq üçün Brüsseldə səfərdədir./axar/


Müəllif: