4 İyul 2016 21:16
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə polisi Qəzzada hərbi cinayət törətməkdə günahlandırılan İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini istintaqa ifadə verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail radiosu və "Haaretz" qəzeti məlumat verib.

Məlumatlara görə, İngiltərə polisi 2008-ci ildə Qəzzada törədilən hərbi cinayətlərdə Tzipi Livnini günahlandırır.

İsrailinin Londondakı səfirliyi isə bu tələbə qarşı çıxıb və ölkəsinin xarici işlər və ədliyyə nazirlikləri ilə əlaqə yaradıb. Bundan sonra məlum olub ki, sabiq nazirə “toxunulmazlıq” statusu verilib və o, istintaqa getməyəcək.

Böyük Britaniyanın hakim dairələri isə məsələ ilə bağlı heç bir məlumat verməyib.

Xatırladaq ki, London məhkəmələrindən biri İsrailin Qəzzaya hücumları zamanı hərbi cinayət törətdiyinə görə 2009-cu ildə Livni haqqında həbs qərarı çıxarmışdı.

Samir


Müəllif: