5 İyul 2016 14:43
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda 200-dən çox insanın ölümünə səbəb olan partlayışlardan sonra 5 məhkum edam edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu haqda İraq Ədliyyə Nazirliyi məlumat yayıb.

Terror hücumunu törətməkdə təqsirli bilinənlərin edamı yerli “Əl İraqiyə” telekanalında yayımlanıb.

Qeyd edək ki, dünən İraqın Baş naziri Heydər Abadi edama məhkum edilən bütün terrorçuların dərhal asılması barədə qərar qəbul edib.

Xatırladaq ki, iyulun 2-də Bağdadın mərkəzində yerləşən Karrada rayonunda partlayıcı quraşdırılmış avtomobil restoranın qarşısında partladılıb. Hadisənin ardınca Bağdadın şərqində növbəti partlayış baş verib. Nəticədə 213 nəfər həlak olub.

Samir


Müəllif: