5 İyul 2016 19:53

Macarıstan Avropa İttifaqına daxil olan ölkələr üçün nəzərdə tutulan 160 min miqrant saxlamaq öhdəliyinə qarşı çıxır.

Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident Janos Ader deyib ki, ölkəsi daha az miqrant saxlamaq istəyir və bunun üçün oktyabrın 2-də referendum keçirmək niyyətindədirlər.

Ötən ilin payızında Macarıstan "qeyri-leqal miqrantların axınını" dayandırmaq üçün Serbiya ilə sərhəd boyunca tikanlı məftildən baryer çəkib.

Ayxan


Müəllif:
Загрузка...