23 İyun 2014 21:07
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan silahli qüvvələrinin Taliban döyüşçülərinə qarşı Şimali Vəziristanda başlatdığı əsgəri əməliyyat davam edərkən, bölgədə 3 min silahlıya sahib olduğu təxmin edilən Hafiz Gül Bahadır qrupunun ramazan ayında tayfa liderlərinin istəyi ilə orduya müqavimət göstərməyəcəyi bildirilib.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, bunu bu gün Şimali Vəziristanın Miranşah bölgəsi yaxınlığında məskunlaşmış Atmanzai tayfasının lideri Malik Həcci Ramazan yerli mediaya açıqlamasında qeyd edib. O, jurnalistlərə söyləyib ki, dünən tayfa liderləri arasında Jirga yığıncağı keçirilib. Yığıncaqda qrupun, tayfa liderlərinin istəyi ilə 10 Şəvval tarixinə qədər orduya qarşı müqavimətin göstərilməməsi qərara alınıb.

Bu qərarın hökumət üçün yaxşı bir fürsət olduğunu vurğulayan Ramazan, hökumətin bu fürsəti düzgün qiymətləndirərək, əməliyyatı ən az can itkisiylə ən qısa zamanda tamamlamasının lazım olduğunu dilə gətirib. Hafiz Gul Bahadır qrupu ilə hökumət qüvvələri arasında 2007-ci ildə edilən barış razılaşması, keçən aprel ayında Pakistan haava qüvvələrinin təşkil etdiyi hava hücumunda qrup silahlılarının öldürülməsiylə sona çatmışdı.

Nail Cəlil


Müəllif: