6 İyul 2016 21:35
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Gürcüstan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə memorandum imzalayıblar.

Teleqraf.com xəbər verir ki, sənədi iyulun 6-da Tbilisidə ABŞ Dövlət katibi Con Kerri və Gürcüstanın baş naziri Georgi Marqvelaşvili imzalayıblar.

Sənəddə Gürcüstanın ABŞ-dan müdafiə silahları alması nəzərdə tutulur.

Kerrinin səfəri çərçivəsində həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşma imzalanıb.

Kerri Marqvelaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, ABŞ Gürcüstanın Əfqanıstanda tövhəsini müsbət qiymətləndirir və onun “Avroatlantik səylərini” təstəkləyir.

Kerri həmçinin Gürcüstan hakimiyyətini oktyabrın 8-də azad və ədalətli parlament seçkisi keçirməyə çağırıb.


Müəllif: