7 İyul 2016 18:59
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində müşahidə edilən leysan yağışları səbəbi ilə qonşu Nepalda Bhote Koşi çayı daşaraq məcrasından çıxıb.

Daşqın nəticəsində 200-dən çox ev su altında qalıb.

Təbii fəlakətdən ən çox Sindupalçok dairəsindəki Tatopani yaşayış məntəqəsinə və ətrafdakı kəndlərə ziyan dəyib.

Dağılmış 200-dən çox evdən başqa, bir o qədər ev risk zonasındadır.

Böyük dağıntılara baxmayaraq, hələlik heç bir itki barədə məlumat yoxdur. Sakinlər vaxtında evlərini tərk ediblər. (“Report”)


Müəllif: