7 İyul 2016 22:16

ABŞ Dövlət katibi Con Kerri bir daha bəyan edib ki, Moskva Ukraynanın şərqində atəşkəslə bağlı Minsk sazişinə tam əməl etməyincə ona qarşı sanksiyalar qüvvədə qalacaq.

Kerri bunu iyulun 7-də Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Kerri həmçinin ölkəsinin Ukraynaya əlavə 23 milyon dollar hümanitar yardım ayırdığını bəyan edib.

Dövlət katibi qeyd edib ki, Ukrayna vicdanla Minsk razılaşmasının yerinə yetirilməsinə çalşır, amma Donbasda real təhlükəsizliyin olmaması, ağır silahlardan istifadə və ATƏT müşahidəçilərinə əngəllər Minsk razılaşmasını puça endirir.

Kerri bundan əvvəl-iyulun 6-da Gürcüstanda olub.

Kerri və Petro Poroşenko Varşavada keçiriləcək sammitdə də iştirak edəcəklər.


Müəllif: