23 İyun 2014 23:37
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Ukraynanın şərqində atəşkəs rejimi terrorçular tərəfindən 30 dəfədən çox pozulub. Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bunu bu gün Almaniyanın federal kansleri Angela Merkellə telefon söhbətində Ukrayna prezidenti Petro Poroşenko bildirib.

Poroşenko telefon danışığı əsnasında Merkelə Ukraynanın şərqində mövcud vəziyyət haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, separatçılar təklif olunan sülh planına əhəmiyyət verməyiblər və silahı yerə qoymayıblar: “Onlar Ukrayna hərbçilərinin dayaq nöqtələrini və postlarını atəşə tutmaqda davam edirlər”.

Ukraynanın dövlət başçısı bildirib ki, real vəziyyətlə tanış olmaq üçün Rusiyaya da münaqişə zonasına öz müşahidəçilərini göndərməyi təklif edib: “Atəşkəs rejiminə əməl olunmamasına görə, məhz separatçıların “lider”ləri məsuliyyət daşıyır”.

Nail Cəlil


Müəllif: