8 İyul 2016 12:30
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il noyabrın 24-də Su-24 qırıcısı ilə baş verən xoşagəlməz olaydan sonra Rusiyadan Türkiyəyə planlaşdırılan ilk təyyarə reysi təxirə salınıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisəyə səbəb kimi Rusiya Federal Aviasiya Agentliyinin uçuşa icazə verməməsi göstərilib.

Məlumatda bildirilib ki, bu gün Sankt Peterburqun Pulkovo aeroportundan saat 15:00-da Antalyaya uçmağa hazırlaşan "Katekavia" şirkətinə məxsus Azur Air markalı təyyarə ilə həyata keçirilməli olan ZF 8877 saylı uçuş təxirə salınıb.

Faktla bağlı Rusiya tərəfi açıqlama verməyib.

Samir


Müəllif: