8 İyul 2016 17:07
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla Türkiyə arasında münasibətlərin inkişafı üçün uyğun zəmin yaranıb.

Teleqraf.com "İrna" agentliyinə istinadla xəbər verir ki, İranın Türkiyədəki səfirliyinin yaydığı açıqlamada belə deyilir.

Səfirliyin açıqlamasında iki ölkə prezidentinin telefon danışığında İran və Türkiyə xalqları arasında dərin ortaqlığa toxunulduğu, Tehran-Ankara münasibətlərinin bütün sahələrdə mümkün qədər inkişaf etdirilməsi üçün mühitin mövcud olduğu vurğulanıb.

Açıqlamada İran prezidenti Həsən Ruhaninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iyulun 7-dəki telefon danışığında Türkiyə xalqını Ramazan bayramı münasibəti ilə təbrik etdiyi, İranla Türkiyənin çoxsaylı ortaq dəyərlərinin olması səbəbi ilə regionun problemlərinin həllində, xüsusən terrorizmlə mübarizədə birgə mübarizə aparmalı olduqları qeyd edilib.

İki ölkənin terrorla mübarizə sahəsində əməkdaşlıq zərurəti nəzərə çatdırılıb.

Mahir


Müəllif: