9 İyul 2016 01:36

NATO Rumıniya komandanlığı altında bu ölkədə çoxmillətli briqadanın yerləşdirilməsini təsdiq edib.

“Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq NATO-nunVarşavada keçirilən Sammitinin ilk gününün yekunlarına həsr olunan mətbuat konfransında bildirib. Baş katib əlavə edib ki, NATO qüvvələri alyansın cənub-şərq cinahında hərbi mövcudluğunu möhkəmləndirmək məqsədilə rumın generallarınkomandanlığı altında çoxmillətli briqadanın mövcudluğu barədə razılığıa gəliblər.
İlkin mərhələdə briqada Rumıniya və Bolqarıstan silahlı qüvvələrindən təşkil NATO-nun Varşavadakı sammitinin ilk günü həmçinin bir sıra tarixi qərarların qəbul edilməsilə yadda qalıb.

Belə ki, qurumun baş katibi Y. Stoltenberq vurğulayıb ki, Alyansa üzv dövlətlərin liderləri NATO-nun Avropadakı RƏM (Raket Əleyhinə Müdafiə) sistemlərinin ilkin əməliyyat hazırlığı vəziyyətinə gətirilməsinin elan edilməsi barədə razılığa gəliblər: “Bu o deməkdir ki, ABŞ-ın İspaniyadakı HDQ (Hərbi Dəniz Qüvvələri) gəmiləri,Türkiyədəki radarlar, eləcə də Rumıniyadakı RƏM sistemi artıq NATO komandanlığının nəzarəti altında fəaliyyət göstərə biləcək”.

Sammitdə həmçinin Alyansın şərq sərhədlərinin möhkəmləndirilməsi və bu məqsədlə NATO-ya üzv dövlətlərin rəhbərləri tərəfindən Baltikyanı ölkələr və Polşada çoxmillətli 4 briqadanın yaradılmasına da qərar verilib. Litva ərazisində Almaniya, Estoniyada Böyük Britaniya, Latviyada Almaniya, Polşada isə ABŞ hərbiçiləri yerləşdiriləcək. Çoxmillətli briqada artıq 2017-ci ildən sözügedən ölkələrdə rotasiya əsasında xidmətə başlayacaq.


Müəllif:
Загрузка...