22 Aprel 2014 12:30

ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper yeni direktiv imzalayıb. Sənədə əsasən, idarənin əməkdaşlarına xüsusi icazə olmadan, KİV-lə ünsiyyətə girmək, istənilən məlumatları ötürmək qəti şəkildə qadağan olunub.

“Xüsusi xidmətin əməkdaşları KİV nümayəndələri ilə xidmətin ofisində baş verənlərlə, idarənin fəaliyyəti ilə bağlı kontakta girmək üçün xüsusi icazə əsasında həyata keçirilməlidir. Planlaşdırılmamış kontaktlar barədə isə dərhal idarəyə mütləq şəkildə məlumat verməlidirlər”, - deyə, Klepper bildirib.

O hesab edir ki, sənəd Xüsusi xidmətin işinin şəffaflığına təsir etməyəcək. “Əksinə, bu bizim işimizin sistemli şəkildə ictimailəşməsinə gətirib çıxaracaq”, - deyə, xidmətin rəhbəri bəyan edib.

Ülviyyə


Müəllif: Teleqraf.com