9 İyul 2016 10:28

ABŞ paytaxtı Vaşinqtonda Konqress binasında təhlükəsizlik siqnalı verilib.

Teleqraf.com Röyters-ə istinadla xəbər verir ki, Konqress binası bir müddət giriş-çıxışa bağlanıb.

Təhülkəsizlik qüvvələri qapı və pəncərələrin bağlanmasını istəyib. Binada silahlı bir qadının olduğu xəbəri yayılıb. Həmin qadının Konqressdə işlədiyi bildirilib.

Bir müddət sonra həyəcan siqnalı qaldırılıb, binanın təhlükəsiz olduğu bildirilib.

Mahir


Müəllif:
Загрузка...